Məktəbimizin müəllim və şagirdləri Bakı Expo mərkəzində keçirilən təhsil sərgisində iştirak etdilər

Məktəbimizin fizika müəllimi Muxtarova Gülmirə və biologiya müəllimi Məlikova Simuzər sinif rəhbəri olduqları 11A və 10A sinifinin şagirdləri ilə birlikdə 07.10.2016-cı il tarixdə Bakı Expo mərkəzində keçirilən sərgidə iştirak etdilər.Sərgi saat 11:00-da başladı.Sərgi 2 hissədən ibarət idi.I karyera sərgisi,II təhsil sərgisi.Məktəbimizin müəllim və şagirdləri təhsil sərgisində iştirak etdilər.Sərgidə Azərbaycanda fəaliyyət göstərən universitetlərlə yanaşı,xarici ölkədə fəaliyyət göstərən universitetlərin də nümayəndələri iştirak edirdi.Onlar şagirdlərin bütün suallarını məmnuniyyətlə cavablandırır və öz təhsil sistemləri haqda geniş məlumat verirdilər.Şagirdlərimiz və müəllimlərimiz bu sərgidə məmnuniyyətlə iştirak etdilər.Belə sərgilərin keçirilməsi ali məktəbə hazırlaşan şagirdlərdə xüsusi həvəs yaradır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi