Məktəbimizdə "Sən sahibkarsan" adlı layihə əsasında "Vahid dərs" keçirildi

Məktəbimizdə 30.09.2016-cı il tarixdə "Sən sahibkarsan" adlı layihə əsasında "Vahid dərs" keçirilmişdir.Bu layihə Rusiya Federasiyasının Tiinrileyşnz Kommunikasiya agentliyi tərəfindən gənclər arasında sahibkarlığın təbliği məqsədi ilə həyata keçirilmişdir.Bu "Vahid dərs" də Azərbaycanda sahibkarlığın inkişaf tarixindən, Azərbaycanda sahibkarlığın inkişaf mərhələləri və səciyyəvi xüsusiyyətlərindən,iqtisadi inkişafın tələblərindən,sahibkarlığın inkişafının Heydər Əliyev modelinin təməl prinsiplərindən söhbət açıldı.Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu strateji xəttin uğurla davam etdirilməsi şagirdlərə çatdırıldı.