Aşıq Ələsgərin anadan olmasının 200 illiyi

Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illiyi tamam olur. Bu münasibətlə məktəbin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Fərzəliyeva Zəruhə, kitabxana müdiri Təranə Qəhrəmanova və şagirdlərin iştirakı ilə ədəbi-bədii gecə keçirildi.Tədbiri keçirtməkdə məqsəd şagirdlərə aşıq Ələsgərin poeziyasını mənimsətmək,aşıq sənətinin incəliklərini və aşıq şeirinin poeziyasının inkişafında rolunu aşılamaqdır.Tədbirdə iştirak edən şagirdlər Ələsgərin həyat və yaradıcılığına aid maraqlı materiallar araşdırmalar təqdim etdilər.Aşıq Ələsgərin bir-birindən maraqlı qoşma, gəraylı və digər əsərləri səsləndirildi.