Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Sən elə bir zirvəsən "adlı tədbir

Məktəbdə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Sən elə bir zirvəsən "adlı tədbir keçirildi.Tədbir 5a sinfinin iştirakı ilə sinif rəhbəri Nəcəfova Rəna və məktəbin musiqi müəllimi Heybətova Aynur tərəfindən təşkil olundu.Tədbirdə şagirdlər Heydər Əliyev haqqında şeirlər söylədi,Ulu Öndərin keçdiyi həyat yolu haqqında məlumat verdilər.Ardınca Türk dünyasının dahi siyasi xadimi,ümummilli liderin siyasi fəaliyyətini,ömür yolunu əks etdirən videoçarx təqdim edildi.Şagirdlər tərəfindən böyük maraq və diqqətlə qarşılanan videorolikin ardınca təlim tərbiyə işləri üzrə direktor müavini Əhmədova Nargilə çıxış edərək Ulu Öndərin xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını,ruhu qarşısında borclu olduğumuzu qeyd etdi.