2c sinfinin Şəhidlər Xiyabanına ziyarəti

29 oktyabr tarixində məktəbin 2с sinfinin sinif rəhbəri Xanım Nəcəfova şagirdləri Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına,II Fəxri Xiyabana apardı. Orada uşaqlar şəhidlərin qəbrinin üstünə qərənfillər qoyub, şeirlər söylədilər.Xanım müəllimə şagirdlərə vətən uğrunda canlarından keçən şəhidlərimiz haqqında məlumat verdi. Allah şəhidlərimizə rəhmət eləsin