6ç sinfi "Anım günü" münasibətilə qəsəbənin ilk şəhidi Abbasov Ruslanın evinə ziyarətə getmişlər

Məktəbin 6ç sinifi və sinif rəhbəri Atluxanova Ceyran müəllim"Anım günü" münasibətilə qəsəbənin ilk şəhidi Abbasov Ruslanın evinə ziyarətə getmişlər. Görüş zamanı uşaqlar Ruslanın ailə üzvlərinin onunla bağlı xatirələrini dinləmiş, şəhidə həsr olunmuş şeirləri səsləndirmişlər. Xatırladaq ki, 6ç sinfinin otağı məhz Ruslan Abbasovun adını daşıyır və şagirdlər onun adını əbədiləşdirmək məqsədilə həyat yolunu əks etdirən guşə hazırlamışlar.