Məktəbimizdə 15 sentyabr bilik günü tədbiri keçirildi

15 sentyabr ölkəmizdə “Bilik Günü”dür.Bu münasibətlə məktəbimizdə təntənəli açılış mərasimi keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildikdən sonra məktəbin direktoru N.Ə.Mürsəliyev çıxış edərək məktəbimizə ilk qədəmlərini qoyan birinciləri,Onların valideynlərini və müəllimləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.O çıxışında məktəbimizin keçən tədris ilində qazandığı uğur və nəaliyyətlər haqqında şagirdlər və valideynlərə məlumat verdi və 2016-2017-ci tədris ilində də kollektivimizin daha böyük uğurlara imza atacağını bildirdi.Sonra məktəbin təşkilatçısı N.Əhmədova birinciləri səhnəyə dəvət etdi və onlar öz şeirlərini söylədilər.Yeni tədris ilinin açılış rəmzi olaraq “İlk zəng”səsləndirildikdən sonra N.Əhmədova şagirdləri sinif otaqlarına dəvət etdi.Hər bir sinif sinif rəhbərlərinin nəzarəti altında müvafiq otaqlara yerləşdirildi.