Məktəbimizin şagirdləri Sahil qəsəbəsində fəaliyyət göstərən ,,Müşfiq adına əlillər cəmiyyətində,,fiziki cəhətdən qüsurlu uşaqlarla görüşdülər

07 iyun 2016-cı il.Bu tarix məktəbimizin 7 ,,A,, sinfinin şagirdlərinin həyatında önəmli rol oynadı.Məktəbimizin şagirdləri Sahil qəsəbəsində fəaliyyət göstərən ,,Müşfiq adına əlillər cəmiyyətində,,fiziki cəhətdən qüsurlu uşaqlarla görüşdülər.Onların sevincinə səbəb olan bu görüş çox maraqlı keçdi.Şagirdlərimiz onlar üçün hazırladıqları hədiyyələri uşaqlara təqdim etdilər və maraqlı oyunlarla onları əyləndirdilər.Uşaqlara söz verdilər ki,onlarla mütəmadi olaraq görüşəcəklər.Şagirdlərimizin bu qədər mərhəmətli,düşüncəli olduqlarından qürur hissi keçirdik.Cəmiyyətin rəhbərliyi, Sevda müəllimə və 7 ,,A,,sinfinin şagirdlərinə təşəkkürlərini bildirdilər.