Məktəbin 7B sinif şagirdləri Azərbaycan tarixi-mədəni abidələrinə ekskursiya etmişlər

23 may tarixində məktəbin 7B sinif şagirdləri sinif rəhbəri Maliki Ülviyyənin rəhbərliyi,valideynlərin iştirakı ilə Azərbaycan tarixi-mədəni abidələrinə ekskursiya etmişlər.Ekskursiya zamanı şagirdlər “Qız qalası” , “Şirvanşahlar saray kompleksi” , “N.Gəncəvi adına ədəbiyyat Muzeyi” və digər tarixi abidələrlə tanış olmuş,hər daşında,qayasında öz dövrünün tarixini qoruyub saxlayan bu yerlər barədə daha ətraflı məlumat əldə etmişlər. “Qız qalası” nın “Şirvanşahlar sarayı”nın içində qorunub saxlanan qədim silahlar və əşyalar,geyimlər,ədəbiyyat muzeyindəki şair və yazıçılarımızın portretləri,heykəlləri,əsərlərinə çəkilmiş illustrasiyalar, onların şəxsi əşya və geyimləri,qədim xalçalar şagirdlərin xüsusi marağına səbəb olmuşdur. Şagirdlərimizə tariximizi tanıtdırmaq və sevdirmək hər bir müəllimin borcudur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi