Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar olaraq məktəbimizin 7B və 6B sinif şagirdləri Fəxri Xiyabana ekskursiya təşkil etmişlər

Heydər Əliyevin 93-cü ildönümü ilə əlaqədar olaraq məktəbimizin 7B və 6B sinif şagirdləri Fəxri Xiyabana ekskursiya təşkil etmişlər.Şagirdlər ulu öndər Heydər Əliyevin və Zərifə Əliyevanın qəbirlərini ziyarət etmiş,məzarlarının üzərinə gül dəstələri qoymuşlar.Sonra şagirdlər hər birimizin qürur və şərəf yeri olan “Şəhidlər Xiyabanı” na gedərək azadlıq uğrunda canından keçən şəhidlərimizin ruhunu ehtiramla yad etmişlər.Sinif rəhbərləri Maliki Ülviyyə və Nəcəfova Rənanın təşəbbüsü ilə uşaqlar II Fəxri Xiyabana getmiş,oradakı şair və yazıçıların,ictimai xadimlərin məzarlarını ziyarət etmişlər.Şagirdlər orada Milli Qəhrəman Mübariz İbrahimov,Fərid Əhmədov,həmçinin 1-3 aprel tarixlərində Qarabağ döyüşlərində şəhid olan gənc əsgərlərimizin qəhrəmanlıqları qarşısında baş əyərək onların xatirəsini əziz tutduqlarını bir daha nümayiş etdirmişlər.Xalqımızın azadlığı,firavanlığı uğrunda canını qurban verən hər kəs bizim üçün çox əzizdir və biz məktəb kollektivi olaraq xalqına,millətinə layiq olan şəxsiyyətləri xatırlamaq onların fəaliyyətləri ilə şagirdlərimizi tanış etməklə kifayətlənmir,eyni zamanda qəhrəman,vətənpərvər ruhlu şagirdlər yetişdirməyi özümüz üçün ən şərəfli vəzifə hesab edirik.