Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar məktəbin tədbirlər planı təsdiq edilmiş və silsilə tədbirlərə start verilmişdir.

Məktəbin 2015/2016-cı dərs ilinin fəaliyyət planı çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü ilə əlaqədar məktəbin tədbirlər planı təsdiq edilmiş və silsilə tədbirlərə start verilmişdir.Gənc nəsil müasir Azərbaycanın qurucusu ,ömrünü millətinə həsr etmiş Dahisini daha dərindən tanımalı və öyrənməlidirlər.Onlar mərhum H.Əliyevin təbirincə ,,Azərbaycanlı olmaqları ilə fəxr etməli,, və millətimizi bütün sahələrdə qürurla,ləyaqətlə təmsil etməlidirlər.Biz müəllimlər də övladlarımızın bu istiqamətdə inkişaf etmələri,daima tarixi şəxsiyyətlərimizin irsini dərindən öyrənmələri və təbliğ etmələri üçün əlimizdən gələni əsirgəməyəcəyik.