Məktəb üzrə birincilərin monitorinqi keçirildi

2015/2016-cı dərs ilinin II yarım ilinin fəaliyyət planına uyğun olaraq 30 aprel tarixində məktəbin birincilərinin monitorinqi keçirildi.Monitorinqdə məktəbin direktoru Nəriman Mürsəliyev,müavin Hacalı Əliyev,təşkilatçı Nargilə Əhmədova,psixoloq Günel Cəbiyeva və ibtidai siniflər üzrə metodbirləşmənin sədri Xuraman Allahverdiyeva iştirak etmişlər.Monitorinqdə uşaqların oxu texnikası yoxlanıldı və imla mətinləri yazıldı.