Qarabağ futbol klubunun U-16 səfər oyunu

Qarabağ futbol klubu 16 yaşlılar arasında Gəncə şəhərində səfər oyunu keçirmişdir. Oyunda 317 nömrəli tam orta məktəbin X sinif şagirdi “Qarabağ futbol klubunun U-16” üzvü Mirzəyev Murad fəallığı ilə seçilmişdir. “U-16 Liqa”nın keçirilməsində məqsəd uşaq və yeniyetmələr arasında futbolun təbliği və kütləviliyi, uşaq və yeniyetmə futbolçuların ustalığının yüksəldilməsi, uşaq və yeniyetmə fubolçuların klublarda hazırlanması və yığma komandalara cəlb olunmasından ibarətdir.
Fürsətdən istifadə edərək Mirzəyev Murada və noyabrın 22-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Qarabağ”-“Çelsi” oyununda komandamıza uğurlar arzu edirik.