İngilis dili aylığı çərçivəsində müxtəlif fəaliyyətlər icra edilib

İngilis dili aylığı çərçivəsində müxtəlif fəaliyyətlər icra edilib.

Məktəbin illik fəaliyyət planına uyğun olaraq şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Mart ayı məktəbdə xarici dillər aylığı elan olunmuşdur. Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Aylığın Tədbirlər Planına uyğun olaraq ingilis dili müəllimi Günel Səfərova 6b sinfində "Hello Spring" adlı dərs təşkil etdi.Dərs zamanı şagirdlər ingilis dilində danışıq bacarıqlarından istifadə edərək yaz fəslinə aid şeirlər, musiqilər, səhnələr ifa etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi