Diplom ilə təltif olunmaDekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı və FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilmiş VIII Respublika Uşaq Yaradıcılıq Müsabiqəsi qaliblərinin sərgisi açılmışdır.
“Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika Uşaq Yaradıcılıq Müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir. Suraxanı rayonu 316 nömrəli tam orta məktəbin 7 "Ç" sinif şagirdi Əsədov Hüseyn Babək oğlu bu müsaqibədə əl işi ilə II yeri tutmuşdur.
Diplom ilə təltif olunmaSuraxanı rayonu 316 nömrəli tam orta məktəbin 10 "B" sinif şagirdi Qarayeva Aytac Əbüdfət qızı 20 Yanvar şəhidlərinə həsr olunmuş inşa müsabiqəsində I yerə layiq görülmüşdür. Məktəb kollektivi olaraq onu təbrik edir və uğurlar arzulayırıq!
Alpaqut Turan Döyüş sənətiAlpaqut Turan Döyüş Sənətinin Aypara sistemi üzrə Şəmkir rayon açıq turnirində 8-9 yaş qrupunda 25-30 kq çəki dərəcəsində Eyvazlı Mehdi II yerə, 12-13 yaş qrupunda 35-40 kq çəki dərəcəsində Hüseynov Fikrət I yerə, 14-15 yaş qrupunda 50-55 kq çəki dərəcəsində Məmmədov Anar I yerə və 14-15 yaş qrupunda 35 kq çəki dərəcəsində Cəfərov Ramin II yerə layiq görülmüşdür.