27 Sentyabr "Anım günü"

    Sentyabrın 27-də Suraxanı rayon 316 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na və BŞTİ-nin müvafiq əmrinə əsasən Anım Gününə həsr olunmuş tədbirlər  7:30-da başlandı.Belə ki, səhər ilk öncə dövlət himni səsləndi,şəhidlər sükutla yad edildi sonra vətənpərvərlik ruhunda mahnılar səsləndirildi.Vətənimizin azadlığı,torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlər haqqında Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı U.Qasımova çıxış etdi.Daha sonra  məktəbin direktoru G.Hənifəyeva çıxış edərək bugunki şagirdlərimizin də gələcəkdə belə vətənpərvər olmağını tövsiyyə etdi. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi