Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa

    Aprelin 25-də Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olmuş vətən övladlarının, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildiriblər.Sonra Ulu Öndərə həsr edilmiş “Heydər Əliyev" filmi nümayiş olunub. İlk öncə tarix müəllimi K.İbrahimova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən bəhs edib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb, müstəqilliyimizin xilaskarı kimi tarixə düşən böyük Heydər Əliyevin siyasi irsinin bugünkü uğurlarından bəhs edib. Daha sonra şagirdlər H.Əliyev haqqında çıxış etdi,şeirlər söylədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi