Şagirdlərin icbari dispanserizasiyası

Fevralın 15-də Suraxanı rayon 316 nömrəli məktəbdə  həkimlər tərəfindən şagirdlərin icbari dispanserizasiyası həyata keçirildi.Uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq, uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarının aşkar edilməsi və qarşısının alınması, kəskin və xronik xəstəlikləri olan uşaqların erkən aşkar edilməsi, onların müalicəsi və nəzarətə götürülməsi məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Məktəbdə müayinəyə ehtiyacı olan hər bir şagird həkim nəzarətindən keçərək, onları narahat edən səbəbləri həkimlərə bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi