Dəyirmi masa

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına vuruşan, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Məktəbin fəaliyyət planına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aysel Cəlilovanın təşkilatçılığı ilə 7 B sinfində “Anım Günü” mövzusunda dəyirmi masa keçirildi. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər şəhidlər haqqında məlumatlar və şeirlər səsləndirdilər.
Direktor müavini Gülnar Məhərrəmova çıxış edərək şagirdlərə 44 günlük müharibə zamanı ordumuzun göstərdiyi rəşadət və qəhrəmanlıq barədə geniş məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi