HAQQIMIZDA

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 315 nömrəli tam orta məktəb 2007-ci ildə tikilib isifadəyə verilmişdir.960 şagird yerlikdir.48 sinifotağı,3 kabineti (fizika,kimya,biologiya), 4 elektron lövhəsi vardır.20 ədəd komputer, 15ədəd nootbuk, 11 ədəd proyektor şagird və müəllimlərin istifadəsindədir. Məktəbdə 45 nəfər müəllim fəaliyyət göstərir. Təhsil müəssisəsi illik fəaliyyət planı əsasında işləyir.Planda nəzərdə tutulan tədbirlər və yuxarı təşkilatlar tərəfindən verilən əmr, qərar və göstərişlər vaxtında icra olunur.Belə ki, məktəbdaxili nəzarət və rəhbərlik həyata keçirlir.Fənlər üzrə müəllimlər tərəfindən nümunəvi dərslər verilmişdir. Məktəbdə müxtəlif metodiki və nəzəri mövzular üzrə pedaqoji oxular təşkil edilmiş, yeni pedaqoji üsul və metodların öyrənilməsi və tətbiq edilməsi işinə yaradıcı yanaşılır. 315 nömrəli tam orta məktəbdə təlim-tərbiyə sahəsində işlər cənab Prezident İlham Əliyevin Təhsil sahəsində son illər imzaladığı fərmanlara uyğun olaraq qurulmuşdur. Belə ki, “Təhsil İslahatı”,“Təhsil haqqında Qanun”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nin tələblərindən irəli gələn müddəaların həyata keçirilməsi sahəsində mərhələli işlər görülür. Məktəbin idarə olunmasında, təlim-tərbiyə prosesinin təşkilində təhsilin keyfiyyətinin  yüksəldilməsi sahəsində pedaqoji kollektivin səmərəli işi təşkil olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan icbari ümumi orta təhsilin həyata keçirilməsi sahəsində təsirli tədbirlər həyata keçirilir. Yeni pedaqoji texnalogiyaların və innovasiyaların tədris prosesində tətbiqinə səy göstərilir. İstedadlı uşaqların müəyyən edilməsi , onlarla aparılan işin “Xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”na uyğun qurulmasına nail olunur. Məktəbin idarə olunmasında cəmiyyətin daha geniş təbəqələrinin iştirakı təmin olunur.Məktəbdaxili nəzarətin həyata keçirilməsi sahəsində yeni qiymətləndirmə metodlarından istifadə olunmasına, fəaliyyətini yeni üsullarla qiymətləndirilməsinə nail olunur. Təhsil sahələrinin monitorinqinin keçirilməsi zamanı ən yaxşı sinfin müəyyən edilməsində müasir qiymətləndirmə mexanizmlərindən istifadə olunur. Təhsilin keyfiyyətinə təsir edən mənfi halların müəyyən edilərək aradan qaldırılması yolları araşdırılır və təkliflər hazırlanır. Monitorinqlərin nəticələrinin hərtərəfli təhlilini aparmaqla mövcud vəziyyət obyektiv qiymətləndirilir və məktəbin gələcək fəaliyyətinin düzgün istiqamətləndirilməsi üçün meyarlar müəyyənləşdirilir. Məktəb avadanlıqlarından səmərəli istifadə olunur, onların qorunub saxlanmasına nəzarət gücləndirilir. Məktəb kitabxanasının yeni dərslik və ədəbiyyatla təminatı sahəsində iş davam və inkişaf etdirilir, dərsliklərin qorunub saxlanması,səmərəli istifadə olunması işinə nəzarət gücləndirilir. Bütün müəllimlər öz fəaliyyətində : -Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və onun azərbaycançılıq ideyalarının təbliğini ; -Gənc nəslin müstəqil həyata hazırlanması, onların müstəqil Respublikamızın layiqli vətəndaşları kimi tərbiyə olunması, onlarda şüurlu vətəndaşlıq mövqeyinin formalaşdırılmasına; -Təhsil sahəsində aparılan islahatlara uyğun olaraq milli –mənəvi əxlaq tərbiyəsinin xalqımızın ümumdünya mədəniyyətinə bəxş etdiyi milli- mənəvi dəyərlərini, Azərbaycan dilinin, Azərbaycan ədəbiyyatının,Azərbaycan tarixinin,Azərbaycan coğrafiyasının öyrənilməsi zəminində şagirdlərdə vətənpərvərlik, doğma xalqa dərin məhəbbət, vətənə və torpağa bağlılıq tərbiyəsinin ön plana çəkilməsini; -Azərbaycan Respublikasının “Təhsil Qanunu” na ,“Ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi”nə,”Təhsil İslahatlarına dair Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq öz işlərini qurmalarına; -Pedaqoji kollektivin fəaliyyətinin əsaslı surətdə yeniləşdirilməsi, müəllim-şagird münasibətlərini yeni əsaslar üzərində qurmaqla bərabər keçiriləcək müxtəlif müsabiqələrin yüksək fəallıq və obyektivlik şəraitində aparılmasına nail olmaq üçün geniş tədbirlərin görülməsini; -Təhsildə yeni mütərəqqi üsulların, fəal təlim metodlarından istifadə etməsinin, dünya təhsil sistemindəki yeniliklərin öyrənilməsi və tətbiqi sahəsində kollektivin potensial imkanlarından daha səmərəli istifadə olunmasını; -Şagirdlərin milli və hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması üçün bütün vasitələrdən məqsədyönlü şəkildə istifadəni; -Şagirdlərin yaradıcı təfəkkürünün, bilik və bacarıqlarının hərtərəfli inkişafı, ali və orta ixtisas məktəbləri ilə intensiv əlaqələrin qurulması, texniki peşə məktəbləri ilə ənənəvi əlaqələrin bərpası və icbari təhsilin həyata keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin edirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi