“Narkomaniyaya yox deyək"

15.03.2024-cü il tarixində məktəbdə “Narkomaniyaya yox deyək adlı tədbir keçirilmişdir”. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş qəhramanlarımızın ruhunu bir dəqiqəlik sükutla anıldıqdan sonra, direktor səlahiyyətlərini müvəqqəti icra edən Leyli Rüstəmova tədbiri  açıq elan etmişdir.Tədbirdə Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev və  İcra Hakimiyyətinin nümayəndəsi  Anar Əsədullayev, Suraxanı Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş bölməsinin rəisi Əfqan Ağayev və həmin bölmənin inspektoru İlahə Babayeva,  iştirak etdilər. Tədbirdə mövzuya aid video çarxlar nümaiş olunmuş, səhnəciklər göstərilmişdir. Suraxanı Rayon Polis İdarəsinin rəis müavini Surxay Vəliyev tədbirdə çıxış edərək narkomaniya və zərərli vərdişlərin insan həyatındakı mənfi rolundan söhbət açdı.Şagirdlərlə öz dəyərli fikirlərini bölüşdü və lazımi tövsiyyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi