“Füzuli dünyası” adlı intellektual oyun və müsabiqə

22.04.2024-cü il tarixində məktəbimizin  Azərbaycan dili və ədəbiyyat müəllimi Musayeva Sevinc VIII, X, XI sinif şagirdlərinin iştirakı ilə Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş intellektual müsabiqə keçirmişdir. Müsabiqədə şairin həyat və yaradıcılığına aid suallar səsləndirilmişdir. Şagirdlər sualları həvəslə cavablandırmış, qaliblər təltif olunmuşdur. Müsabiqənin məqsədi şagirdlərimizdə  Məhəmməd  Füzulinin həyat və yaradıcılığına maraq oyatmaq, onların dahi şairimizin irs qoyub getdiyi əsərlərinin dəyərini anlaması və bu zəngin irsi yaddaşlara həkk etməsi olmuşdur.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi