"Foto Müsabiqə"nin qalibləri mükafatlandırılıb

4 yanvar 2019-cu il tarixində məktəbdə müəllim və şagirdlər arasında səmimi ünsiyyət , əməkdaşlığın artırılması, ümumi məqsəd üçün birlik nümayiş etdirilməsinin vacibliyini aşılamaq üçün 31 dekabr "Dünya  Azərbaycanlılarının həmrəylik Günü"nə həsr olunmuş" Dildə, fikirdə, işdə birlik! Bir olaq həmrəy olaq!" devizi altında məktəbin facebook səhifəsi tərəfindən təşkil olunmuş "Foto Müsabiqə" nin qaliblərinin mükafatlandırılma tədbiri keçirilib. Tədbirdə məktəb kollektivi , valideyinlər, Nizami rayonu Keşlə bələdiyyəsinin nümayəndələri iştirak ediblər.


             Azərbaycan Respublikasının Dövlət himni ilə açılan tədbirdə daha sonra foto müsabiqəyə təqim olunmuş işlər nümayiş olunub. Nümayişdən sonra şagirdlərin ifasında mahnılar səslənib, şeirlər deyilib. Sonda qaliblər diplom və hədiyyələrlə təltif olunub.


            "Ən çox bəyənmə qazanan" şəkil  4 “b” sinfi , "Ən çox rəy yazılan" şəkil 2 “a” sinfi, xüsusi  mükafata isə 11 “a” sinfi layiq görülmüşdür.  "Müsabiqənin ən şirin iştirakçısı" nominasiyası ilə isə Verdiyev Hümmət təltif olunmuşdur.


            Bir daha qalibləri və bütün iştirakçıları təbrik edirik və " BİR OLAQ, HƏMRƏY OLAQ !" deyirik.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi