Narkomaniyaya qarşı mübarizə

         “Narkomaniyaya qarşı mübarizə və zərərli vərdişlərdən qorunma yolları” adlı maarifləndirici görüş keçirilib. Maarifləndirici görüşün keçirilməsinin əsas məqsədi şagirdləri zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə olan marağını artırmaqdan ibarət olub.Görüş zamanı məktəbin psixoloqu Samirə Vəliyeva və UBTR Cəmilə Aslanova şagirdlərə qeyri-sağlam həyat tərzinin əsasını təşkil edən zərərli vərdişlər, narkomaniya, alkoqolizm, siqaret çəkmənin insan həyatı üçün yaratdığı fəsadlar haqqında geniş məlumat veriblər. Burada mövzu ilə bağlı slaydlar nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb, zərərli vərdişlərə aid bukletlər paylanılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi