Uşaq hüquqları aylığı
“Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.Bu səbəbdən müəllim Könül Heydərli 4 “A” sinfinin şagirdləri ilə maarifləndirmə işi aparıb.Şagirdlərə uşaq hüquqları haqqında ətraflı məlumat verilib, sualları cavablandırılıb.