Yay tədris tapşırıqlarının qəbuluna başlanılıb

                              Yay tədris tapşırıqlarının qəbuluna başlanılıb.2022/2023-cü tədris ilinin sonunda yay-tədris tapşırığı alan şagirdlərin tapşırıqları qəbul edilir. Belə ki, 1-3 fəndən illik "qeyri-kafi” qiymət almış V-VIII və X sinif şagirdlərinə həmin fəndən (fənlərdən) yay-tədris tapşırıqları verilir.Yay-tədris tapşırığı məktəb direktorunun təsdiq etdiyi cədvəl əsasında təlim-tərbiyə işləri üzrə direktor müavininin iştirakı ilə fənn müəllimi tərəfindən ümumi təhsil müəssisəsində qəbul olunur. Şagirdin yay-tədris tapşırığını yerinə yetirməsi müəllimin suallarına verilən cavablarla müəyyən edilir və qiymətləndirilir.Yay-tədris tapşırığı verilən fənlərin hər hansı birindən "qeyri-kafi” qiymət alan şagird təkrar sinifdə saxlanılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi