Məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatdı
Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qruplarında məşğələlər mayın 31-də başa çatır. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarının əsas məqsədi 5 yaşlı uşaqları məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığı artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.