28 May- Müstəqillik Gününə həsr olunmuş tədbir

               28 May- Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir müəllim Ülviyyə Rüstəmovanın rəhbərliyi və şagirdlərin iştirakı ilə təşkil olunmuşdur. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, keçdiyi inkişaf yolu, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilmişdir. Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləmiş, mahnılar və rəqslər ifa etmiş, ədəbi-bədii kompozisiyalar ilə çıxış etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi