Novruz tədbiri

Məktəbimizin 2a sinif şagirdləri “Elimizə bahar gəlir ” adlı bayram tədbiri hazırladılar. Şagirdlər bahara aid şerlər, mahnılar söylədilər, bir-birindən rəngarəng rəqslər etdilər. Novruz adət -ənənələrinə uyğun “Papaqqapdı”,” Yumurta döyüşü” oyunları keçirildi. Qızlar bayram xoçaları tutmaq üçün şəkərbura ,paxlava və başqa şirniyyatların hazırlanması haqqında səhnəciklər göstərdi. Sinif rəhbəri Cəlilova Durna şagirdləri və valideyinləri bayram münasibəti ilə təbrik etdi . Tədbirdə “ Novruz” ənənələri şagirdlər tərəfindən yüksək əhvalruhiyyə ilə göstərildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi