Elmi - Praktik konfrans

Mövzu: “Qüdrətli və zəngin Azərbaycan İlham Əliyev fəaliyyətinin təməl pirinsipidir” Konfransda Sabunçu rayonundakı 22 məktəbin müəllim və şagird kollektivinin nümayəndələri və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Budaqov Ziyadxan və Nağıyev Bəhram iştirak etdi. 307 nömrəli tam orta məktəbin direktoru Kərimov İqbal giriş nitqi söyləyərək konfransın açılışını etdi.Sonra “Azərbaycanın inkişafı” Video çarx göstərildi. Konfransda mövzu ətrafında 307 nömrəli tam orta məktəbin müəllimi Babayeva Tünzalə, 293 nömrəli məktəbin müəllimi Nuriyev Vüqar, 112 nömrəli tam orta məktəbin müəllimi Allahverdiyeva Gülüstan məruzə etdi. Məruzələr ətrafında 209 nömrəli tam orta məktəbin müəllimi Poladova Mehriban, 4 nömrəli tam orta məktəbin müəllimi Abbasova Arzu çıxış etdi. 307 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Rzayeva Jalə Məmməd Arazın “Azərbaycan” şerini söylədi. Yekunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Budaqov Ziyadxan konfransın gedişinə öz münasibətini bildirərək onun yüsək səviyyədə keçdiyini qeyd etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi