Son zəng

    Məktəb illərinin ilk günləri unudulmaz olduğu kimi, son günü də çox yadda qalandır.  Son zəng son gün deyil, həyat məktəbinin ilk günüdür.  Bu gün son zəng sədaları altında 11-cilər həyat məktəbinin astanasının bir addımlığında dayandılar.   “Ali məktəb tələbəsi olmaq”  yükünün ağırlığı altında sevimli müəllimlərinin onlara ünvanlanmış xoş arzularını dinlədilər.  Nə gözəldir bu ümidverici insanlardan uğurlar qazanmaq .  11-cilər onlara elm şamı tutan, rahatlığı özünə qıymayan, ömrünü onlara həsr edən müəllimlərə minnətdarlıq etdilər.  Məktəbimizin direktoru  R.Qasımov da çıxış edərək 11-in məzun adını daşımasında və gələcəkdə həm tələbə, həm də hər hansı bir sənət sahibi olmaqda onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi