Bilik yarışması

    29 may 2018-ci il tarixində məktəbimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş Azərbaycan tarixi fənni üzrə bilik yarışması keçirildi.  Bilik yarışması məktəbin tarix müəllimi Zümrüd Quliyeva tərəfindən VIII siniflər arasında təşkil edilmişdi.  Dörd mərhələ üzrə keçirilən yarışmanın I  mərhələsi  sual-cavab, II mərhələ krassvord, III mərhələ domino, IV mərhələsi isə auksion oyununu əhatə edirdi.  VIII  A, B, V, Q, D, E, C  siniflərinin iştirak etdiyi yarışmada münsiflər  heyətinin qərarı ilə VIII B sinifi qalib gəldi.   Qaliblər məktəbimizin direktoru  R.Qasımov tərəfindən bilik kuboku ilə mükafatlandırıldı.  Həm qalib komandanın, həmçinin də II  yeri tutan VIII C və  III yeri tutan VIII A  siniflərinin komanda üzvləri diplomlarla təltif edildilər.  Məktəbimizin direktoru R.Qasımov belə yarışmaların gələcəkdə bütöv fənləri əhatə edəcəyini tövsiyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi