“100 yaşlı Cümhuriyyətim”

     24 may 2018-ci il tarixdə məktəbimizdə  "28 may –Cümhuriyyətin" 100 illik yubileyi ilə bağlı “ 100 yaşlı Cümhuriyyətim” adlı tədbir keçirilmişdir.   Tədbirin təşkilatçıları Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Kərimova, tarix müəllimləri Afət Məmmədova və Zümrüd Quliyevadır.   Tədbirdə 1918-ci il hadisələrinə nəzər salınmış,   o dövrün dövlət əhəmiyyətli məsələləri işıqlandırılmış,  Milli şuranın tarixi iclası,  H.Z.Tağıyevin Cümhuriyyətdən rolu,  dahi bəstəkarımız Ü.Hacıbəyli və Ə.Cavadın obrazları canlandırılmış və səhnələşdirilmişdir.  Şagirdlər vətənpərvərlik  mövzusunda mahnılar ifa etmişlər.  Sonda çıxış sözü ilə məktəbimizin direktoru R.Qasımov Cümhuriyyət ilə  bağlı tarixi faktlara toxunmuşdur.  Dövlət atributlarının və bir neçə xüsusi günlərin həmin dövr ilə bağlı olduğunu  bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi