Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş açıq dərslər

       22 may 2018-ci il tarixdə məktəbimizdə Cümhuriyyətimizin 100 illiyinə həsr olunmuş açıq dərslər təşkil olunmuşdur.  Açıq dərslər aşağıdakı müəllimlər tərəfindən təqdim olunmuşdur. Cahandarova Səadət  –  4ə  – azərbaycan dili  “Kainatın sirləri”,   Əliyeva Gülnar - 4f - həyat bilgisi  “Ozon qatı”,  Musayeva Sevinc  –8d – rəsm E.Mikayılzadə “Xalçalarda fəlsəfi  fikrin təcəssümü”,  Vəliyeva Şahsənəm –7b – ingilis dili  “Təhlükəli idman növü”,   Orucova Gülnar  –8b  –ədəbiyyat  Hüseyn Cavidin “Ana “ dramı,   Ağalarov Samir -10a –kimya  “Sulfat turşusunun xassələri və tətbiqi”,   Şirinova Çiçək  –6d – informatika “Elektron poçt” ,  Məmmədova Aygün – 7v – coğrafiya “Əhalinin yerləşməsi” ,  Məmmədova Almaz – 9b – fizika “Radiaktiv şüalanmanın təsiri. Şüalanmanın udulma təsiri”,   Cəfərov Səfayət –8a – riyaziyyat “ Mərkəz meyilli ölçülər və ən böyük fərq “,   Hacıyeva Pərvin –5q – ədəbiyyat “Zəlimxan Yaqub bir dahi kimi doğulub gəldi dünyaya şeiri”,  Gözəlova Arzu –8c –biologiya  “Görmə orqanımız”.

     Dərsləri T.D.M.-nin  əməkdaşları, məktəb direktorları və qonşu məktəblərin fənn müəllimləri dinləmişdir.   Sonra məktəb şagirdləri tərəfindən hazırlanmış rəsm əsərlərinə baxış keçirilmişdir.  Hər bir dərsin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında  baş vermişdir.   Hər bir dərsdə Cümhuriyyətin 100 illiyi ilə bağlı müəyyən tapşırıqlar olmuşdur.  Dərslər bittikdən sonra müəllim , gələn qonaqlar və valideynlərin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.  Dəyirmi masanın açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə müşayiət olunmuşdur.   Sonra şəhidlərin ruhu 1 dəqiqəlilk sükutla yad   edilmişdir.   Məktəbimizin direktoru R.Qasımov tərəfindən Cümhuriyyət ilinə həsr olunmuş qətnamə dinlənilmiş və ondan sonra Cumhuriyyət ilinə həsr olunmuş video rolik təqdim olunmuşdur. Sonra dərslərin müzakirəsi  olaraq söz  T.D.M-nin direktoru S.Bektaşiyə verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi