Qələbəyə gedən yol

          Məktəbimizdə 07.04.2008-ci il tarixində tarix müəllimin 2016-cı il aprelin 2-si -6–sı tarixləri arasında Ermənistan Silahlı Qüvvələri ilə Azərbaycan Milli Ordusu arasında baş vermiş dörd günlük  müharibəyə həsr olunmuş tədbirdə 307 nömrəli tam orta məktəbin 8 b sinifi hərbi vətənpərvərlik hissələri ilə çıxış etdilər. Aprel şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsindən sonra Üçrəngli Bayrağımızın önündə Azərbaycan Respublikasının “Əsgər andı” nı Namazov Nuran səsləndirdi. Daha sonra aprel şəhidlərinə aid slayd nümayiş etdirildi.

    Vətənpərvərlik  ruhunda atalar sözləri deyən şagirdlər  Vətənimiz Azərbaycana  olan sevgilərini bir daha nümayiş etdirdilər.Slaydda Lələtəpə yüksəkliyində Azərbaycan əsgərinin Ermənistan  bayrağını devirərək Azərbaycanın Üçrəngli Bayrağının  taxılması anı gündəmə gəldi. Sonda  şagirdlər Üçrəngli Bayrağımızı öpərək ona daim sadiq olacaqlarına and içdilər. Sonra söz məktəbin direktoru Rövşən Qasımova verildi. O hadislərə öz münasibətini bildirərək vurğuladı ki, tezliklə Azərbaycan Bayrağının  Şuşada , Xankəndində  dalğalanacağına , İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə başa çatacağına əmin olduğunu bildirdi. Aprel döyüşləri ilə bağlı təlimatı işlər bütün sinifləri əhatə etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi