"Xocalı"

1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğala başlayaraq orada yaşayan dinc əhalini vəhşicəsinə qətlə yetirməyə başladılar. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.25 il ötməsinə baxmayaraq, "Xocalı" soyqırımını hələ də tanımayan dövlətlər var. Başqa ölkələrdə yaşayan həmvətənlərimiz, gənclərimiz ermənilərin törətdiyi bu terroru dünyaya çatdırmaq üçün əllərindən gələni edirlər. Biz hamımız düşmənə qarşı həmrəy olmalıyıq.Biz inanırıq ki, qisasımızı yaxın zamanda onlardan alacayıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi