Yunan-roma güləşi üzrə Avropa və dünya çempionu Taleh Məmmədov məktəbimizdə 

    Mayın 7-si 2024-cü il tarixdə Sabunçu rayon Gənclər və İdman sektorunun təşkilatçılığı ilə "Çempionlarımızı tanıyaq" sosial idman layihəsi məktəbimizdə təşkil olunmuşdur.

    Sosial idman layihəsində qonağımız yunan-roma güləşi üzrə Avropa və dünya mükafatçısı Taleh Məmmədov idi.

    Layihə başlamamışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Şəhidimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    T.Məmmədov öz idmançı karyerası haqqında məlumat vermiş, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyevin aparıcı olaraq verdiyi sualları cavablandırmışdır.

    Sonda idman sahəsinə marağı olan, idmanla məşğul olan şagirdlərin sualları cavablandırılmış, xatirə şəkli çəkdirilmişdir.

    Məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək belə sosial layihələrin keçirilməsinin təqdirəlayiq olduğunu bildirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi