"Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsilə əlaqədar növbəti maarifləndirici dərs

    Aprelin 25-i 2024-cü il tarixdə F-403 nömrəli əmrin("Yaşıl layihə : "Təbiəti qoruyanlar") V bəndinə, Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Tədbirlər Planına əsasən biologiya müəllimi Vəfa Əbdülhəsənova 5"A" sinfində "Yaşıl dünya" adlı maarifləndirici dərs təşkil etmişdir.

    Maarifləndirici dərsdə şagirdlər müxtəlif məlumatları təqdim etmiş, videoçarxlar göstərilmiş, fikir mübadiləsi aparılmışdır.

    Maarifləndirici dərsdə məktəbin direktoru Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Aytəkin Əliyeva, Şeyda Abbasova, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev çıxış edərək şagirdlərə öz düşüncələrini bildirmiş, onlara tövsiyələr vermişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi