"Mütaliə sinfi" ilə birgə "Oxuduqlarımız və öyrəndiklərimiz" mövzusunda maarifləndirici müzakirə təşkil edildi

    23 Aprel Ümumdünya Kitab və Müəlliflik Hüququ Günüdür. 

    Aprelin 23-ü 2024-cü il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Gülnar 7"ə" və 7"x" siniflərinin şagirdlərindən ibarət yaratdığı "Mütaliə sinfi" ilə birgə "Oxuduqlarımız və öyrəndiklərimiz" mövzusunda müzakirə təşkil etmişdir. 

    Müzakirə zamanı şagirdlər ən sevdikləri qəhrəmanlar və əsərlər haqqında məlumat vermiş, nə öyrəndiklərini bildirmiş, bu günə kimi oxuduqları kitablar haqqında hesabat aparmışdılar.

    Müxtəlif əsərlərdən səhnəcikləri obrazların rəsmini çəkərək təqdim etmişdirlər. Kitab və onun əhəmiyyəti ilə bağlı qrup işləri hazırlamışdırlar.

    Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Aytəkin Əliyeva, Şeyda Abbasova, psixoloq Lətafət Musayeva iştirak etmiş, şagirdlərə öz tövsiyələrini vermişdirlər. 

    Kitabları yalnız oxumaq deyil,əsas şərt ordan öyrəndiklərini düzgün mənimsəməkdir. Şagirdlərlə müxtəlif suallar ətrafında müzakirə aparmışdırlar. 

    Psixoloq M.Lətafət şagirdlərə "Polyanna sindromu" haqqında məlumat vermişdir.

    Sonda Q.Gülnar şagirdlərə kitablar hədiyyə etmiş, növbəti müzakirə olunacaq əsərlər seçilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi