Məktəbimizdə badminton üzrə yeniyetmə və gənclər üçün ustad dərsi keçirilib

    Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə badminton üzrə yeniyetmə və gənclər üçün ustad dərsi keçirilib.

    Təlim Badminton Federasiyasının təlimçiləri Mehtiyev Elçin, Rəsulov Tural və Qaraşova Günay tərəfindən həyata keçirilib. Təlimdə 24 nəfər ( 12 qız, 12 oğlan) şagird iştirak edib.
    Təlimin məqsədi Sabunçu rayonunda badminton idman növünün təbliği və inkişafıdır.

    Qeyd edək ki, tədbirdə BŞGİİ-nin Sabunçu rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Malik Məmmədov, 307 nömrəli məktəbin direktoru Nizami Qasımzadə, Azərbaycan Badminton federasiyasının nümayəndəsi Aydan Məmmədhəsənova və məktəb rəhbərliyinin digər üzvləri iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi