Aprel döyüşlərinə həsr olunmuş maarifləndirici dərslər

     Aprelin 5-i 2024-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.1.16-cı bəndinə əsasən ingilis dili müəllimi Arzu Əbdüləzimova 8"A" sinfində aprel döyüşlərinə həsr olunmuş sinifdaxili tədbir təşkil etmişdir. Sinifdaxili tədbirdə şagirdlərlə interaktiv mühit yaratmış, şagirdlər aprel döyüşləri şəhidlərini qürurla anmış, onları yad etmişdirlər.

    Bundan əlavə, UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.1.17-ci bəndinə əsasən tarix müəllimi Ayşən Kərimli 9"F" sinfində Zəfər tarixi dərsində və tarix müəllimi Əli Sadıqov 10"B" sinfində aprel döyüşlərinə həsr olunmuş maarifləndirici dərs təşkil etmişdir. Maarifləndirici dərsdə Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Həsənova, UBTR və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev iştirak etmişdirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi