"Dəyərlərimi qoruyaq - Novruz gəlir, yaz gəlir" adlı konsert proqramı təşkil olundu

    Martın 12-si 2024-cü il tarixdə F-103 nömrəli əmrin 2.1-ci, FP-nın 1.4.1.3-cü maddəsinə əsasən UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyevin rəhbərliyi, Azərbaycan dili və ədəbiyyat müəllimləri Rövşanə Qaffarova və Həcər Babayevanın təşkilatçılığı ilə "Dəyərlərimi qoruyaq - Novruz gəlir, yaz gəlir" adlı konsert proqramı təşkil olunmuşdur.

    Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Şəhidimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

    Konsert proqramında müxtəlif musiqilər səsləndirilmiş, Novruz bayramının qədim adət-ənənələri nümayiş etdirilmişdir.

    Konsert proqramının sonunda məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək Yel çərşənbəsi və Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik etmiş, konsert proqramını təqdirəlayiq olaraq qiymətləndirmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi