BSQ-lərdə 75 bal və yüksək nəticə nəticə əldə edən şagirdlər yaşıl kartla, valideynləri isə Təşəkkür məktubu ilə təltif olundu

    Martın 7-si 2024-cü il tarixdə Şagird Davranış Qaydalarının Rəğbətləndirmə hissəsinin 3.1-ci maddəsinə(Akademik fəaliyyət) əsasən I yarımil üzrə Böyük Summativ Qiymətləndirmələrdə 75 bal və yüksək nəticə nəticə əldə edən şagirdlər yaşıl kartla, valideynləri Təşəkkür məktubu ilə təltif olundular. 

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən, Şagird Davranış Qaydaları üzrə koordinator Sərxan Şahverdiyev çıxış edərək təltifetmənin mahiyyəti haqqında ətraflı məlumat vermiş, 307 kollektivi adından anaları və qadın müəllimləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik etmişdir.

    Məktəbin direktoru Nizamı Qasımzadə çıxışında bildirmişdir ki, şagird-müəllim-valideyn birliyi olduqca akademik fəaliyyətlər, təlim-tərbiyə prosesi hər zaman yüksək olacaqdır.

    Təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin iştirakı ilə yaşıl kartlar, Təşəkkür məktubları təqdim edilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi