"İdman həftəsi"nin II günü

    Martın 4-ü 2024-cü il tarixdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyevin rəhbərliyi,  fiziki tərbiyə müəllimi Günay Qaraşovanın təşkilatçılığı ilə bir sıra 7"F" və 7"X" sinif şagirdlərilə "Olimpiya oyunları uşaqların gözü ilə" adlı əl işlərindən ibarət rəsmlər təşkil edilmişdir.

    Eyni zamanda, ümumtəhsil müəssisələrində "İdman həftəsi"nin II günü ilə əlaqədar olaraq fiziki tərbiyə müəllimləri Azad Azad və Elgiz Tağıyev "İdman viktorinası" təşkil etmişdirlər.
    Bunlara əlavə olaraq idman nailiyyətləri olan bir sıra şagirdlərlə görüş təşkil edilmişdir. Görüşdə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev, fiziki tərbiyə fənni üzrə metodbirləşmə sədri Sultanəli Məmmədov iştirak edərək şagirdlərə idmançı fəlsəfəsi, psixologiyası, əldə edəcəyi uğurlara görə daha məqsədyönlü şəkildə çalışmaları haqqında maarifləndirici söhbətlər apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi