Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq maarifləndirici seminarlar, dərslər və sərgi təşkil olundu

    Martın 1-i 2024-cü il tarixdə Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar olaraq məktəbin Mülki Müdafiə üzrə qərargah rəisi Könül Həsənova V və VI sinfin sinif rəhbərləri üçün maarifləndirici seminar təşkil etmişdir. K.Həsənova maarifləndirici seminarda Mülki Müdafiə sahəsində innovativ texnologiyaların tətbiqi, xüsusi hallarda görüləcək işlərin gücləndirilməsi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının Mülki Müdafiə sahəsində apardığı siyasət və.s haqqında ətraflı məlumat verdi.

    Bundan əlavə olraq, məktəbin Mülki Müdafiə üzrə qərargah rəisi Könül Həsənovanın rəhbərliyi və təsviri incəsənət müəllimi Sevinc Musayevanın təşkilatçılığı ilə sərgi təşkil olunmuşdur.

    Eyni zamanda, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə Fəaliyyət Planının 1.4.9.5-ci bəndinə əsasən UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyevin rəhbərliyilə Mülki Müdafiə Günü ilə əlaqədar olaraq maarifləndirici dərs təşkil olunmuşdur. Maarifləndirici dərsdə məktəbin Mülki Müdafiə üzrə qərargah rəisi Könül Həsənova, fiziki tərbiyə fənni üzrə metodbirləşmə sədri Sultanəli Məmmədov iştirak etdilər. Maarifləndirici dərs ərzində günün mahiyyəti, şagirdlərin xüsusi hallarda özünüidarəetmə qaydaları haqqında ətraflı söhbətlər aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi