Azərbaycan dili fənni üzrə Monitorinq-2-nin təşkili

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IV, VI, VII və VIII siniflərində Azərbaycan dili fənni üzrə növbəti monitorinq keçirilib.

    BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru tərəfindən Azərbaycan dili fənni üzrə keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.

    IV siniflər üzrə monitorinq Təlim-tərbiyə işləri üzrə direktor müavini Şəbnəm Məmmədovanın rəhbərliyilə keçirilmişdir. Monitorinqdə 266 şagird iştirak etmişdir. Suallar 2 variantda təqdim olunmuş, 45 dəqiqə ərzində cavablandırılmışdır.

    Təlim-tərbiyə işləri üzrə direktor müavini Aytəkin Əliyevanın rəhbərliyilə VII və VIII siniflərdə keçirilən monitorinqində VII siniflər üzrə 319 nəfər, VIII siniflər üzrə 269 nəfər iştirak etmişdir.
    Sinif otaqları dinləmə mətnləri üçün dinləmə cihazları ilə təmin olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi