IX və XI sinif valideynlərilə görüş keçirildi

    Fevralın 28-i 2024-cü il tarixdə sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri Fəaliyyət Planının 1.4.8.2-ci bəndinə əsasən IX və XI sinif valideynlərilə görüş keçirilmişdir. 

    UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri təşkilatçı vəzifəsini icra edən Sərxan Şahverdiyev valideynləri salamlamış, valideyn davamiyyətini yoxlamış, valideyn-şagird münasibətləri haqqında danışmışdır.

    Məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək IX və XI sinif şagirdlərinin buraxılış vərəqələrinin paylanılması, düzgün maarifləndirmə işinin aparılması haqqında danışdı. 

    Təlim-tərbiyə işləri üzrə direktor müavini Könül Həsənova fənlər üzrə qiymətləndirmələrin aparılması, şagird nailiyyətləri haqqında söhbət aparmış, psixoloq Lətafət Musayeva imtahan həyəcanın azaldılması, övladlarına dəstək haqqında çıxış etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi