Şəhid məzunumuz İsmayılov Veys Əflatun oğlunun doğum günü münasibətilə yaradıcı tədbir təşkil olundu

    Fevralın 23-ü 2024-cü il tarixdə ibtidai sinif müəllimi Sevinc Məmmədovanın təşkilatçılığı ilə Şəhid məzunumuz İsmayılov Veys Əflatun oğlunun doğum gününün qeyd olunması münasibətilə yaradıcı tədbir təşkil olundu.
    Tədbirdə şəhid ailəsinin üzvləri, qazilər, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdilər.
    Tədbir Azərbaycan Respublikasının Dövlət Himnilə başladı. Ardınca Şəhidlərimizin əziz və əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
    Tədbir ərzində Şəhidin həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilmiş, şagirdlərin şeirləri, musiqi parçaları səsləndirilmiş və milli ruhda rəqslər nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi