“Mikroorqanizmlər uşaqların ilə” adlı III Respublika müsabiqəsi keçirildi

“Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III Respublika müsabiqəsinə yekun vurulub

 

Mayın 16-da Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun təşkilatçılığı ilə “Mikroorqanizmlər uşaqların gözü ilə” adlı III Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

Mərasimdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Mikrobiologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Pənah Muradov, Mikrobiologiya İnstitutunun Mikrobioloji biotexnologiya laboratoriyasının müdiri, müsabiqə komissiyasının sədri, professor Könül Baxşəliyeva iştirak ediblər.

 

Müsabiqədə 24 məktəbdən 141 əl işi təqdim olunub. Münsiflər heyətinin qərarına əsasən məktəbimizin IX sinif şagirdi Nurlan Rəhimli üçüncü yerin qalibi olmuşdur. Nurlan diplom və pul mükafatı ilə təltif olunmuşdur.

 

Elmir rəhbər olaraq Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "Kiçik Akademiya"nın biologiya kafedrasının məsləhətçi müəllimi, biologiya müəllimi Arzu Gözəlova köməklik göstərmişdir.

 

Şagirdimizi və müəllimimizi səmimi qəlbdən təbrik edirik, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi