X sinif şagirdləri üçün elmi-praktiki konfrans təşkil olundu

Mayın 10-u 2023-cü il tarixdə F-709 nömrəli əmrin 1.1 və 1.5-ci bəndlərinə uyğun olaraq tarix müəllimi Aynur İsparovanın təşkilatçılığı ilə X sinif şagirdləri üçün elmi-praktiki konfrans təşkil olundu. 

 

Konfransı giriş sözü ilə UBTR, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsini icra edən Sərxan Şahverdiyev başlayaraq elmi-praktiki konfransın mahiyyəti haqqında danışdı.

 

Ümummilli Lider Heydər Əliyevin əbədi və əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

 

Məktəbin direktoru Nizami Qasımzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlər, təhsilə dəstəyi haqqında dəyərli fikirlərini bölüşdü.

 

Elmi-praktiki konfransın məruzəçisi Aynur İsparova "Heydər Əliyevin elm və təhsilin inkişafında rolu", "Heydər Əliyevin rəhbərliyilə Azərbaycanın yüksəliş dövrü" mövzuları haqqında ətraflı və maraqlı çıxış etdi.

 

Elmi-praktiki konfransda Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Könül Həsənova, Aytəkin Əliyeva iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi